PSJ Barkola ilə bağlı qərar verib

PSJ-nin yarımmüdafiəçisi Bredli Barkola klubu ilə yeni müqavilə imzalaya bilər.

Komanda.az xəbər verir ki, bu barədə “RMC Sport” məlumat yayıb.

Fransalı vingerin Paris klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir. Buna baxmayaraq, PSJ rəhbərliyi onunla yeni anlaşma üzrə danışıqlara başlamaq qərarına gəlib.

Daha əvvəl Barkolanın xidmətində “Liverpul”un maraqlı olduğu bildirilirdi. Mersisayd təmsilçisi onu Məhəmməd Salahın potensial əvəzləyicisi kimi nəzərdən keçirir.

23 yaşlı futbolçunun transfer dəyəri 70 milyon avro olaraq qiymətləndirilir. O, cari mövsümdə Liqa 1-də 14 oyuna çıxıb, 5 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button