ÇL: “PSJ Arauxoya təşəkkür etməlidir”

“Mançester Yunayted”in sabiq müdafiəçisi Rio Ferdinand UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda “Barselona”nın PSJ-yə böyük hesablı məğlubiyyətindən (1:4) danışıb.

Komanda.az “TNT Sports”-a istinadən xəbər verir ki, o, PSJ-nin oyunun vəziyyətini tamamilə dəyişdiyini söyləyib:

“PSJ Arauxoya təşəkkür etməlidir. Qırmızı vərəqə matçın gedişini dəyişdi. Bu ana qədər “Barselona” tam və özünə güvənən bir komanda kimi görünürdü. Lakin sonra PSJ vəziyyəti nəzarətdə saxlamağa başladı, azarkeşlərin inamı tamamilə dəyişdi”.

Çempionlar Liqasının 1/4 finalında PSJ “Barselona”nı ümumi hesabda (6:4) məğlub edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button