“Psixoloji baxımdan bizim üçün vacib qələbə idi” – Emil Balayev

“Tobol” klubunun futbolçusu Emil Balayev Qazaxıstan çempionatının 21-ci turunda “Atırau” ilə qarşılaşdıqları oyundan sonra açıqlama verib.

Komanda.az xəbər verir ki, klubun rəsmi saytına danışan Azərbaycan millisinin qapıçısı, 1:0 hesabıyla qələbə qazandıqları matç haqda bunları deyib:

“Nəhayət ki, uğursuzluq başa çatdı, xeyli müddət idi ki, xal qazana bilmirdik. Bu oyuna ciddi yanaşdıq. Bizim üçün 3 xal vacib idi. Oyunu izlədiz, fədakar davrandıq, uşaqlar meydanda döyüşdülər.

İkinci hissədə qol imkanlarımız oldu, bundan yararlana bilsəydik, sonluq daha asan olardı. Rəqib təzyiqi artırmağa çalışdı, ancaq əks hücumlarda onlara yaxşı cavab verdik. Psixoloji baxımdan bizim üçün vacib qələbə idi”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button