Prezidentdən Maneyə məsləhət: “Real”a get!

Seneqal Futbol Federasiyasının prezidenti Saee Seck “Liverpul”un futbolçusu Sadio Mane ilə bağlı açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, federasiya rəhbəri, milli komandanın üzvü olan futbolçuya “Real”a transfer olunmağı məsləhət görüb:

“Barselona” azarkeşi olmağıma baxmayaraq, mənim üçün də “Real” dünyanın ən yaxşı klubudur. “Real”dan rəsmi təklif olarsa, Sanenin bu təklifi dəyərləndirməsinin vacib olduğunu düşünürəm.

Mane “Liverpul”a getmək üçün “Sauthempton”u buraxdı. O, bunu yenə edə bilər. Bildiyim qədəriylə Zinəddin Zidanın da futbolçuya marağı var. Mane üçün belə bir fürsət varkən, niyə olmasın? O, İngiltərədə yaxşı səviyyəyə çatdı, yeni bir macəra onun üçün yaxşı olacaq”.

Mane 2016-cı ildən “Liverpul”un şərəfini qoruyur.