Prezident baş məşqçi ilə bağlı qərarı mətbuat konfransında açıqladı: “Özü belə istədi”

“Lion” Fransa kubokunun yarımfinalında “Renn”ə məğlub olaraq (2:3), turnirlə vidalaşıb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, oyundan sonra “Lion”un baş məşqçisi Bruno Genesio və klubun prezidenti Jan-Mişel Olasın mətbuat konfransı keçirilib. Olas, media nümayəndələriylə görüşdə, Genesionun müqaviləsinin müddətini artırmayacaqlarını deyib:

“Bruno ilə danışdıq. Komandanın finala yüksəlməsi və kuboku qazanacağı halda 2 illik müqavilə imzalayacaqdıq. Buna nail ola bilmədi və indi bizim verəcəyimiz qərara hörmət etməlidir. Son qərarı mövsümün sonunda verəcəyik. Müqaviləsini yeniləməyəcəyimiz dəqiqdir. İstəsə, başqa klublarla danışıqlar apara bilər.

Bu qərarı mövsümün sonunda bildirmək istərdim. Ancaq Bruno indi açıqlanmasını istədi. Bruno ilə müqaviləmizi dayandıracağıq deyə, bir şey demirəm. Alınan nəticələrə görə hərəkət edəcəyik”.

Konfransda Olasla birlikdə iştirak edən Bruno Genesio isə açıqlama verməyib.

Genesionun “Lion”la mövsümün sonuna qədər müqaviləsi var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button