
Premyer Liqadan 3 klub Baldeni izləyir
“Barselona”nın müdafiəçisi Alexandro Balde İngiltərə Premyer Liqasından bir neçə klubun diqqət mərkəzinə düşüb.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, ispaniyalı futbolçunun transferi ilə “Mançester Yunayted”, “Mançester Siti” və “Aston Villa” maraqlanır. Hazırda rəsmi təklif olmasa da, İngiltərə klublarının oyunçunu ciddi şəkildə izlədiyi bildirilir.
21 yaşlı müdafiəçinin özü “Barselona”da qalmaq istəyir. Onun agenti Jorje Mendeş də futbolçunun Kataloniya klubundan ayrılmaq niyyətində olmadığını təsdiqləyib.
Balde “Barselona” akademiyasının yetirməsidir və klubla müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir. O, cari mövsümdə 34 oyunda meydana çıxıb və 3 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



