Premyer Liqada 72-ci “Zirə”li

Azəbaycan Premyer Liqasının 27-ci turu “Zirə”də debütlə əlamətdar olub.

Komanda.az klubun “facebook” hesabına istinadən xəbər verir ki, “Keşlə”ylə səfər matçında (3:1) start heyətində yer alan Orxan Sadıqlı, “qartallar”ın formasında ilk oyununu keçirib.

O, klub tarixinə Premyer Liqada forma geyinən 72-ci futbolçu kimi düşüb. Orxana qədər 71 oyunçu çempionatın yüksək dəstəsində “Zirə”nin şərəfini qoruyub.

Sadıqlı, “Zirə”nin Premyer Liqadakı futbolçuları arasında 4-cü qapıçıdır. Onadək üç qolkiper “qartallar”ın uğurları üçün çalışıb. Bunlar Anar Nəzirov, Kamal Bayramov və Abdulla Seyidəhmədovdur.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button