Premyer Liqa: Noyabr ayının ən yaxşısı məlum olub

İngiltərə Premyer Liqasında noyabrın ən yaxşı futbolçusu açıqlanıb.

Komanda.az turnirin rəsmi saytına istinadən xəbər verir ki, “Mançester Yunayted”in müdafiəçisi Harri Maquayr bu ada layiq görülüb.

30 yaşlı oyunçu “qırmızı şeytanlar”ın heyətində ötən ay hər üç matçı əvəz edilmədən keçirib. İngiltərə millisinin üzvü rəqiblərin zərbələrinə blok sayında birinci, hava mübarizələrindəki üstünlüyə görə isə ikinci olub.

Harri Maquayr bu mövsüm Premyer Liqada 10 oyunda iştirak edib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button