Premyer Liqa klubundan 20 milyonluq transfer

İngiltərənin “Vest Hem” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, sözügedən klub bu yay Premyer Liqanı tərk edən “Bernli”dən yarımmüdafiəçi Maksvel Korneni transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Fil Dişi Sahilindən olan futbolçu ilə 5+1 illik müqavilə imzalanıb.

“Vest Hem” bu transfer üçün “Bernli”yə 20,7 milyon avro ödəyib. Əlavə bonuslar nəzərdə tutulmayıb.

Maksvel Korne “Bernli”yə 2021-ci ilin yayında Fransanın “Olimpik” (Lion) klubundan 15 milyon avro qarşılığında transfer olunmuşdu. O, bu komandanın heyətində meydana çıxdığı 28 oyunda 9 qol vurub, 2 məhsuldar ötürmə ilə yadda qalıb. Ölkəsinin milli komandasında 29 oyuna 6 qol vurmuş vinger, daha öncə yetirməsi olduğu “Mets” klubunun da uğurları üçün çalışıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button