
Postekoqlu: “Türkiyə millisi mütləq qrupdan çıxmalı idi”
“Tottenhem”in sabiq baş məşqçisi Angelos Postekoqlu Türkiyə millisinin 2026-cı il dünya çempionatındakı çıxışını dəyərləndirib.
Komanda.az BBC-yə istinadən xəbər verir ki, o, Türkiyə yığmasının potensialına görə pley-off mərhələsinə yüksəlməli olduğunu deyib:
“Onların istedadlı oyunçuları var, amma lideri məğlub etdikdən sonra belə, turniri tərk edirlər. Mütləq qrupdan çıxmalı idilər”.
Türkiyə millisi qrup mərhələsinin ilk iki oyununda məğlub olub və qol vura bilməyərək turnirlə erkən vidalaşıb. Komanda son turda isə qrup lideri ABŞ üzərində 3:2 hesablı qələbə qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



