Portuqaliyalı futbolçu Super Liqada klubunu dəyişdi

Türkiyənin “Başakşəhər” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi Portuqaliya yığmasının və “Trabzonspor”un müdafiəçisi Edqar Migeli heyətinə qatıb.

28 yaşlı mərkəz müdafəçisi ilə 1.5 illik müqavilə imzalanıb. Azad agent statusuna malik futbolçu üçün Trabzon klubuna ödəniş edilməyib.

Qvineya Bisau əsilli Edqar Migel İe Lissabon “Sportinq”inin yetirməsidir. O, İspaniyada “Barselona” və “Vilyarreal” klublarının B komandalarında, “Belenenseş”, “Lill”, “Nant” və “Feyenoord” kimi klublarda da oynayıb. 2019-cu ilin avqustundan “Trabzonspor”da olan futbolçu bu komandada 61 oyuna 3 qol vurub. O, Portuqaliya yığmasında da 1 oyuna çıxıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button