“Ponomaryov futbolçulara sərbəstlik verib” – “Sabah”ın məşqçisi

“Sabah”ın məşqçisi Ruslan Qafitulin Premyer Liqanın 22-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri səfər oyunundan sonra fikirlərini paylaşıb.

Komanda.az xəbər verir ki, o, 3:3 hesabıyla yekunlaşmış matçdan sonra baş tutmuş mətbuat konfransında bunları söyləyib:

“Oyun çox maraqlı keçdi. Dominant “Qarabağ” idi, biz də çalışırdıq ki, birinci və ikinci zonada onları qarşılayaq və əks-hücumlarda oynayaq. “Qarabağ”a qarşı oynamaq üçün 99 faiz azdır, 100 faiz etibarlı oynamaq lazımdır. Hücumda da, müdafiədə də”.

Murad Musayevin gedişindən sonra nə dəyişib? Daha çox psixoloji cəhətdən futbolçularla danışdıq və onlara sərbətlik verdik. Fərq ondadır ki, bəlkə də, Murad Musayevin tələbkar olması uşaqlara təsir edirdi. Amma İqor Ponomaryov gördü ki, 1:7-dən sonra çətindir və onlara azadlıq verdi.

Yusif İmanov yaxşı qapıçıdır. Bu gün çox yaxşı seyvləri oldu. Sadəcə emosiyaları ilə bacarmadı. Futbolda belə də olur. Deməzdim ki, İmanova görə heç-heçə oynadıq. Siz də izləyirdiz oyunu. Bizim də hardasa bəxtimiz gətirdi. “Qarabağ”ın epizodları oldu, istifadə edə bilmədi. Heç-heçə yaxşı nəticədir”.

Akif Əhmədov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button