“Legiya”nın baş məşqçisi Mahir haqda: “Hücumçunun beyni həmişə təmiz olmalıdır”

Polşanın “Legiya” komandasının baş məşqçisi Marek Qolebiyevski azərbaycanlı hücumçu Mahir Emreli haqda danışıb.

Komanda.az “legia.net” saytına istinadən xəbər verir ki, 41 yaşlı mütəxəssis komandanın hücumçularının probleminin beyinlərində olduğunu bildirib:

“Növbəti matçda Emreli və Pekqartın birlikdə oynamaq şansı var. Artıq hər ikisi ilə bu barədə danışmışam. Emreli və Pekqartın problemi beyinlərindədir, çünki çox düşünürlər. Onlarla danışıram, suallar verirəm. Hücumçunun beyni həmişə təmiz olmalıdır. Nəyin bahasına olursa olsun, qol vurmalı olduğunu düşünməkdənsə, hər vəziyyətdən yararlanmağa çalışmalıdır. Ümid edirəm ki, bu dəyişəcək”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button