“Legiya”nın baş məşqçisi Mahir Emrelidən razıdır

Polşanın “Legiya” komandasının baş məşqçisi Çeslav Mixneviçin Çempionlar Liqasının 3-cü mərhələsinin “Dinamo” (Zaqreb, Xorvatiya) ilə ilk matçından (1:1) sonra mətbuat konfransı keçirilib.

Komanda.az xəbər verir ki, Mixneviç, jurnalistlərlə görüşdə azərbaycanlı hücumçu Mahir Emrelinin 3-5-2 sisteminə yaxşı uyğunlaşdığını deyib:

“Tomaş Pekqartı yaxşı başa düşürəm. O, bizə çox kömək edib. Hazırlıq dövrünə başlayanda bir ay bizimlə olmadı, hələ tam formasında deyil. Onunla danışdıq, dəyişiklikləri, gözləntilərimi ona izah etdim. Mahir Emreli və Rafa Lopes gəncdirlər. Emreli və o 3-5-2 sisteminə daha yaxşı uyğunlaşırlar. Pekqart bundan əvvəl bir neçə oyunda şans qazanıb. Qarşıdakı oyunlarda da oynamaq üçün vaxtı olacaq. Onun tam formaya düşməsini istəyirik”.