“Emreli bunu öyrənməlidir” – “Legiya”nın baş məşqçisi

Polşanın “Legiya” komandasının baş məşqçisi Çeslav Mixneviç Çempionlar Liqasının 2-ci mərhələsinin “Flora” (Estoniya) ilə ilk matçından sonra fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, Mixneviç, 2:1 hesabıyla qələbə qazandıqları görüşü şərh edərkən hücumçular, Mahir Emreli və Tomaş Pekqart haqda da fikirlərini söyləyib:

“Pekqart komandaya gec qoşuldu. Emreli və Pekqart birlikdə oynamağa öyrəşməlidirlər. Onların zamana ehtiyacı var. Bir-birilərinə necə kömək edəcəklərini bilməlidirlər. İlk hissədə problemimiz var idi. Çünki bir-birlərindən uzaq oynayırdılar. Pekqart daha əvvəl Rafa Lopes ilə 3-5-2 sistemində oynayıb. Bu sistemin necə işlədiyini bilir. Emreli bunu öyrənməlidir. Bu şeyləri oyun zamanı qavramaq lazımdır. Çünki məşqdə bunun üçün çalışmağa kifayət qədər vaxt olmur”.