Polşanın daha bir klubu Mahir Emreliyə “elçi düşdü”

Polşanın daha bir klubu “Qarabağ”ın və Azərbaycan yığmasının hücumçusu Mahir Emreli ilə maraqlanır.

Komanda.az xəbər verir ki, “Rakuv” komandası 23 yaşlı hücumçunu transfer etmək niyyətindədir. Bu barədə Polşanın “transfery.info” saytı məlumat yayıb. Xəbərdə, komandanın baş məşqçisi Marek Papuşun Mahiri öz komandasında görmək istədiyi bildirilib.

“Rakuv” Mahir üçün “Qarabağ”a bir neçə yüz min avro ödəməyə hazırdır.

Mahirin “Qarabağ”la müqaviləsi mövsümün sonuna qədərdir. Azərbaycan millisinin də formasını geyinən futbolçu ilə daha əvvəl Polşanın “Zaqlebye” klubu maraqlanırdı.

“Rakuv” Polşa Ekstraklasasında 2-ci sıradadır.