Daha bir futbolçu koronavirusa yoluxdu – Polşa yığmasında

Polşa milli komandasının və İtaliyanın “Bolonya” klubunun qapıçısı Lukaş Skorupski koronavirusa yoluxub.

Komanda.az xəbər verir ki, bu barədə Polşa yığmasının mətbuat xidməti məlumat yayıb. Koronavirus testi müsbət çıxan 29 yaşlı qapıçı karantinə alınıb.

Polşa yığmasında bundan əvvəl yarımmüdafiəçi Mateuş Klixdə koronavirus aşkarlanmışdı.

Polşa millisi DÇ-2022-nin seçmə mərhələsində sabah Andorranı qəbul edəcək, martın 31-də isə İngiltərə səfərinə yollanacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button