Poçettino “Barselona”nın futbolçusunu da istəyir

Növbəti mövsümdən “Çelsi”ni çalışdıracağı deyilən Maurisio Poçettino “Barselona”nın yarımmüdafiəçisi Qavini London klubunda görmək istəyir.

Komanda.az “Diario Sport”-a istinadən xəbər verir ki, onun əsas məqsədi “zadəganlar”ın yarımmüdafiə xəttini gücləndirməkdir. Argentinalı mütəxəssis Qavini İngiltərə Premyer Liqası üçün uyğun futbolçu hesab edir.

“Barselona” isə Qavini satmaq istəmir. Bu səbəbdən, Kataloniya təmsilçisi onun klubla cari sözləşməsini yeniləmək niyyətindədir. Futbolçunun özü də “Barsa”nı tərk etməyi düşünmür.

Qavi cari mövsümdə İspaniya La Liqasında 32 oyuna çıxıb.

Öncədən Poçettinonun “İnter”in argentinalı hücumçusu Lautaro Martinesi “Çelsi”də görmək istədiyi haqda xəbər vermişdik.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button