Poçettino “Çelsi”ni tənqid edənlərə cavab verdi

“Çelsi”nin baş məşqçisi Maurisio Poçettino tənqidçiləri klubdakı hazırkı vəziyyəti ayıq şəkildə qiymətləndirməyə çağırıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, komandada çoxlu zədəli futbolçu olduğunu xatırladıb:

“Ən yaxşı oyunçularınız zədəli olduqda yaxşı çıxış etmək çətindir. Bütün hallar nəzərə alınmasa da, bizi nəticələrə görə qiymətləndirirlər. İnsanlar bizi məğlubiyyətə görə tənqid edirlər. Lakin heç vaxt özlərinə sual vermirlər: Niyə belə oldu?”

Zədə səbəbindən klubun futbolçuları Ris Ceyms, Ben Çiuell, Uesli Fofana, Kristofer Nkunku və Romeo Lavias oyunlarda iştirak edə bilmirlər.

“Çelsi” 23 oyundan sonra 31 xalla Premyer Liqanın turnir cədvəlində 11-ci yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button