Poçettino: “Bizi çətin oyun gözləyir”

“Çelsi”nin baş məşqçisi Maurisio Poçettino İngiltərə kubokunun 1/8 final mərhələsinin “Lids”lə qarşıdakı oyunu haqda danışıb.

Komanda.az BBC-yə istinadən xəbər verir ki, argentinalı mütəxəssis “Çelsi” azarkeşlərinə müraciət edib:

“Bəli, bizi çətin oyun gözləyir. Tam bir ev və xoş bir atmosfer olacaq. Azarkeşlərin məyusluğunu başa düşürəm, amma yenə də onların köməyinə ehtiyacımız var”.

Oyun bu gün, Londondakı “Stemford Bric” stadionunda keçiriləcək.

“Çelsi” 25 oyundan sonra 35 xalla Premyer Liqada 11-ci pillədə qərarlaşıb. Çempionata “Liverpul” başçılıq edir (60 xal).

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button