Pirlo yenidən “Yuventus”da – RƏSMİ

“Yuventus”un sabiq futbolçusu Andrea Pirlo Turin klubunun U-23 komandasının baş məşqçisi təyin olunub.

Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

41 yaşlı sabiq futbolçu ilə imzalanan müqavilənin müddəti açıqlanmayıb.

Qeyd edək ki, İtaliya millisinin sabiq üzvü 2011-2015-ci illərdə “Yuventus”da çıxış edib. “İnter” və “Milan”da da forma geyinmiş Pirlo 2017-ci ildə futbolçu karyerasını başa vurub. Onun son klubu “Nyu-York Siti” olub.