PFL-dən Qurban Qurbanovun ad günü üçün VİDEO

Peşəkar Futbol Liqası (PFL) “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun 51 yaşı tamam olması münasibətilə video hazırlayıb.

Komanda.az xəbər verir ki, qısa filmdə təcrübəli mütəxəssislə yanaşı, böyük qardaşı Maarif Qurbanov, həmçinin, bir neçə yaxınının fikirlərinə də yer ayrılıb.

Qurban Qurbanovun anadan olduğu Zaqatala rayonunun Aşağı Tala kəndində olan PFL əməkdaşları onun həyatı ilə bağlı ailəsinin və qonşularının fikirlərini öyrəniblər.

Eyni zamanda, 51 yaşlı mütəxəssis özü də danışıb. O, ən böyük arzusunun artıq həyata keçdiyini bildirib:

“Son 4-5 ildə məndə bir arzu yaranmışdı ki, “Qarabağ”da olduğum müddətdə torpaqlarımızı geri qaytaraq. Bu həyata keçdikdən sonra yeni arzu haqda fikirləşməmişəm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button