PFL-dən pley-off oyunları ilə bağlı AÇIQLAMA

2024/2025 mövsümündə Azərbaycanın 1-ci Liqasında çıxış etmək uğrunda cari mövsüm 1-ci Liqada 9-cu yeri tutan klubla 2-ci Liqada 2-ci olan komanda arasında keçirilməli olan pley-off qarşılaşmaları ilə bağlı müəyyən hüquqi məsələlərin həllindən sonra yekun qərar veriləcək.

Komanda.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

2024/2025 mövsümündə 2-ci Liqada çıxış etmək üçün cari mövsüm 2-ci Liqada 13-cü yeri tutan komanda ilə AFFA Region Liqasının finalçısı arasında pley-off matçları isə əvvəlcədən nəzərdə tutulduğu kimi mayın 29-da və iyunun 4-də keçiriləcək.

1-ci Liqanı 27 xalla səkkizinci pillədə başa vuran “İrəvan” yarışdan kənarlaşdırıla bilər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button