“Başa düşürəm, hər kəs yorulub”

PSJ-nin baş məşqçisi Tomas Tuxel Fransa Liqa 1-in 34-cü turunda “Monpelye”yə məğlub olduqları oyundan sonra fikirlərini bildirib.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, Tuxel, 2:3 hesabıyla bitən görüşü belə şərh edib:

“Məyusuq, ancaq bu məğlubiyyəti izah edə bilərəm. Çoxlu səhvlər etdik və rəqib bağışlamadı. Bu oyunla “Monpelye”yə qarşı mübarizə aparmaq çətindir. Rəqib güclü və aqressiv komandadır. Bizim bir problemimiz də zədəli futbolçuların çoxluğudur. Bu vəziyyət fevraldan etibarən belədir.

Başa düşürəm, hər kəs yorulub. Ancaq çempionat “Reyms”lə oyundan sonra bitəcək. Peşəkar futbolçular işlərini sona qədər görməlidir. Geri çəkilməli deyilik. Çempionatı belə bitirə bilmərik”.

PSJ Liqa 1-də bir neçə tur əvvəl çempionluğunu rəsmiləşdirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button