La Liqanın rəhbəri “Real”ın prezidentini tənqid etdi

İspaniya La Liqasının rəhbəri Xavyer Tebas “Real”ın prezidenti Florentino Peresin Avropa Super Liqasının başlaması təşəbbüsündən danışıb.

Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, o, Peresi tənqid edib:

“Peresin məqsədi odur ki, böyük, zəngin klublar futbolu idarə etsin. Qalanları sadəcə olaraq onlara verilən şeydən razı qalmalı olan vassallar olsun. Bizdə tamamilə əks futbol modelləri var. Onlarla heç bir kompromis yoxdur”.

Ötən ilin dekabr ayının 21-də Avropa Məhkəməsi FİFA və UEFA-nın Super Liqanın yaradılmasına mane olmaq üzrə hərəkətlərini qanunsuz elan edib. Bunun ardından Avropa Super Liqasının yeni formatı təqdim olunub. Buna əsasən, yarışda 3 liqaya bölünən 64 klub iştirak edəcək. Hər liqada yarış 2 mərhələdə keçiriləcək – liqa mərhələsi və pley-off mərhələsi.

“Real” UEFA Çempionlar Liqasının finalında Dortmund “Borussiya”sı ilə qarşılaşacaq. Oyun iyunun 1-də “Uembli”də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button