“Patı” ilə MDB Oyunlarına

Rəşad Ergün

Hələ Azərbaycanda Avropa Oyunları adlı geydirmə bir yarışın keçirilməsi planı olanda, o vaxt “Komanda” qəzetində “Avropa (Q)oyunları” adlı yazı yazmışdım. İndi də MDB Oyunları adlı heç bir ciddiyəti olmayan yarışa Azərbaycanın ev sahibliyi edəcəyi rəsmən açıqlanıb.

Kimə lazımdır bu yarışlar? Nə qazandırır bizə? İllərlə “Birlik kuboku” adlı bir futbol turniri keçirdi Rusiya. İlk illərdə ukraynalılar, ruslar özləri “Birlik kuboku”na ciddi yanaşdılar, sonra çəkildilər, bizim kimi futbolda naşı ölkələr min bir hoqqadan çıxıb, “biz də “Birlik kuboku”nu qazandıq” deyibən, sinələrinə döydülər. Əslində isə biz qazanmağa başladığımızda o kubok heç kimə lazım deyildi. Ümumiyyətlə, lazım deyildi. Nə mükafat fondu var idi, nə bir şey. Rusiyanın təşkilatçılıq etdiyi yarış necə ola bilər?

Azərbaycanın MDB Oyunlarına ehtiyacı yoxdur. Azərbaycanın şəhərlərdə, rayonlarda, qəsəbələrdə xalqın cibinə getməli olan, xalqa çatmayan milyonlarla manat pulların hesabına inşa edilən olimpiya komplekslərindən düzgün istifadəyə ehtiyacı var. O olimpiya komplekslərindən ki, orda xalqın balalarının idmana vaxt ayırmasından başqa, hər cür məqsədlər üçün istifadə olunur. Hətta eşitdiyimə görə, “priton” kimi də. Kim bilir, bəlkə, artıq həmin olimpiya komplekslərində “patı” da satırlar…

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button