Paşayevli “Aleksandriya”dan darmadağın

Futbol üzrə Ukrayna Premyer Liqasında 17-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin formasını geyindyi “Aleksandriya” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Vorskla” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən qələbə ilə ayrılıb – 3:0.

Paşayev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Millimizin üzvü 17-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

“Aleksandriya” 17 turdan sonra 30 xalla 12 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button