Paşayev və komandası 4 qola sevindi

Ukraynanın “Aleksandriya” klubu yoxlama oyununda qüvvəsini sınayıb.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin formasını geyindiyi sözügedən komanda Ukraynanın digər klubu “Krivbass”la qarşılaşıb.

Altı qolun qeydə alındığı oyun “Aleksandriya”nın qələbəsiylə başa çatıb – 4:2.

Paşayev də bu görüşün iştirakçısı olub. O, fasilədən sonra meydana buraxılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button