Paşa İbrahimli Azərbaycan çempionu oldu

Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən kişilər və qadınlar arasında Azərbaycan çempionatında ikinci yarış gününə start verilib.

Komanda.az xəbər verir ki, ilk olaraq kişilər arasında 73 kq çəki dərəcəsində medalçıların adına aydınlıq gəlib. Çempion adını Paşa İbrahimli qazanıb. O, rəqiblərini xeyli qabaqlayaraq, toplam 293 kq (133+160) nəticə ilə qızıl medala sahib çıxıb.

Sonrakı yerləri müvafiq olaraq toplam 270 kq (125+145) nəticə ilə Kənan Xəlilov və toplam 255 kq (111+144) nəticə ilə Nurlan Rəsulov tutub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button