“Partizan”da Miloşeviç dönəmi

Serbiyanın ən köklü futbol klublarından olan “Partizan”ın yeni baş məşqçisi müəyyənləşib.

Komanda.az xəbər verir ki, Belqrad təmsilçisinin “sükan”ı Serbiya yığmasının sabiq üzvü Savo Miloşeviçə tapşırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Baş məşqçi postunda Zoran Mirkoviçi əvəz edən 45 yaşlı Miloşeviç, buna qədər Serbiya Futbol Federasiyasında çalışırdı. Lakin o, “Partizan”ın təklifini müsbət cavabladığı üçün, federasiyadakı işindən istefa verib.

Miloşeviç futbolçu karyerası dönəmində yetirməsi olduğu “Partizan”dan əlavə, “Aston Villa”, “Saraqosa”, “Parma”, “Espanyol”, “Selta”, “Osasuna” və “Rubin” (Kazan) klublarında da forma geyinib. O, Serbiya millisində 102 oyuna çıxıb.

Serbiya Super Liqasında son 5 turda 3 məğlubiyyət alan, 1 heç-heçə və 1 qələbə ilə kifayətlənən “Partizan” çempionluq şansını itirib. Sözügedən komanda hazırda lider olan əzəli rəqibi “Srvena Zvezda”dan 24 xal geri qalmaqla 3-cü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button