Ronaldinyo həbsxanada telefon işlədir

Paraqvayda həbsxanada olan Ronaldinyo telefon işlədir.

Komanda.az xəbər verir ki, bu barədə braziliyalı keçmiş futbolçunun sabiq komanda yoldaşı Karles Puyol İspaniya mətbuatına açıqlamasında deyib.

Puyol, Ronaldinyonun həbsxanada telefon işlətdiyini və bununla da yaxınları ilə daim əlaqədə olduğunu bildirib.

Ronaldinyo saxta pasportdan istifadə etdiyi üçün Paraqvay məhkəməsi ona 6 aylıq həbs cəzası verib.

Ronaldinyo ilə Puyol birlikdə “Barselona”da çıxış edib.