“Oyunun dinamikasından razı qalmadım”

Misli Premyer Liqasının 12-ci turunun “Qəbələ” – “Neftçi” oyunundan (0:2) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib.

Komanda.az sizi 43 yaşlı mütəxəssisin fikirləri ilə tanış edir:

“Bizi ağır matçın gözlədiyini bilirdik. Rəqibimiz “Neftçi” idi. Oyunun dinamikasından razı qalmadım. Komandam istədiyim tempi qaldıra bilmədi. Rəqib də imkanlardan maksimum yararlandı. Bu, hamımıza siqnal olmalıdır ki, uçurumun dibindəyik və nələrisə düzəltmək üçün daha artığını etməliyik. Nəticəyə görə stress yoxdur. Son matçlarda Emil Səfərovla Ahmed Ayzayanın kənarda qalması çoxsaylı rotasiyalara məcbur edir. Əyyub Allaş ona yad olan dayaq yarımmüdafiəçisi mövqeyində oynayır. Heyətlə bağlı sıxıntımız var. Ümid edirik ki, qarşıdakı oyunlarda hücum planında aktivliyi artıracaq və nəticə qazana bilərik. 12 matçda 7 qol vurmağımız aşağı göstəricidir. Kollektivimiz möhkəmdir. Matçlar da göstərir ki, meydanda o qədər aciz deyilik. Üstün keçirdiyimiz qarşılaşmalarda qalib gəlmək üçün lazım olan qolları vura bilməmişik. Komanda şəklində toparlanacağıq və qarşıdakı matçlarda daha sanballı “Qəbələ” görəcəyik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button