
Ouen: “İngiltərə millisi uduzmağa layiq idi”
İngiltərə millisinin sabiq hücumçusu Maykl Ouen, İngiltərə millisinin dünya çempionatının yarımfinalında Argentinaya 1:2 hesablı məğlubiyyətini dəyərləndirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu söyləyib:
“Komandamız Argentina millisindən daha yaxşıdır, buna şübhəm yoxdur. Amma bu oyunda uduzmağa layiq idik. Hesab 4:1 də ola bilərdi. Topu özümüzdə saxlamalı olduğumuzu və onu asanlıqla itirməməli olduğumuzu anlayana qədər nəticə belə davam edəcək”.
İngiltərə millisi üçüncü yer uğrunda oyunda Fransa yığması ilə qarşılaşacaq. Turnirin finalında isə Argentina millisi İspaniya ilə üz-üzə gələcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



