“Napoli” PSJ-dən 120 milyon avroluq təklif gözləyir

“Napoli”nin hücumçusu Viktor Osimhen yay transfer pəncərəsində PSJ-yə keçəcək.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, nigeriyalı hücumçunun Fransa klubuna keçidinə bir addım qalıb. “Napoli” PSJ-dən təxminən 120 milyon avro məbləğində rəsmi təklif gözləyir.

Daha əvvəl Səudiyyə Ərəbistanı klublarının birindən təklif gəlsə də, Osimhenin karyerasını orada davam etdirməyəcəyi məlum olub.

Osimhen “Napoli” ilə 2026-cı ildə başa çatacaq müqaviləsini yeniləməyəcəyini açıqlamışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button