“Çelsi” onun üçün 120 milyon avro ödəməyə hazırdır

“Çelsi” klubu “Napoli”nin hücumçusu Viktor Osimhenlə maraqlanır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, londonlular Osimhenin “Napoli” ilə müqaviləsində təzminat kimi göstərilən 120 milyon avronu ödəməyə hazırdır. Bu keçid yay transfer pəncərəsində baş tuta bilər.

25 yaşlı forvard cari mövsümdə neapolluların heyətində 18 oyun keçirib, 8 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Transfermarkt portalına əsasən onun dəyəri 110 milyon avrodur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button