“Messi ilə müqayisə olunmaq böyük qürurdur” – “Bayern”in futbolçusu

Almaniya millisinin və “Bayern”in yarımmüdafiəçisi Camal Musiala PSJ-nin hücumçusu Lionel Messi ilə müqayisə edilməsinə münasibət bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, gənc futbolçu, daha da yaxşı çıxış etmək üçün daim üzərində işlədiyini deyib:

“Leo ilə müqayisə olunmaq mənim üçün böyük qürurdur. Messi karyerası boyu yüksək səviyyədə çıxış edib. Özümü onunla müqayisə etmək mənim üçün çox çətindir. Daha da yaxşı çıxış etmək üçün çox işləyirəm”.

Musiala bu mövsüm Münhen klubunda bütün turnirlər daxil olmaqla 22 oyuna çıxıb, 12 qol vurub və 10 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button