Emeridən dünya çempionunun ünvanına tərif

“Aston Villa”nın baş məşqçisi Unay Emeri qapıçı Emiliano Martinez haqda fikirlərini bölüşüb.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, o, cənubi amerikalını “Arsenal”da çıxış etdiyi vaxtdan tanıdığını deyib:

“Emilianonun bizimlə birgə olması heyrətamizdir. Mən onu əvvəllər “Arsenal”da çıxış etdiyi zamandan tanıyırdım. Biz onunla birgə işləyirdik. Onunla bir yerdə olduğumuz üçün şadam”.

Öncədən 30 yaşlı argentinalı qapıçının adı “Bayern”lə hallanırdı. Lakin hazırda bununla bağlı heç bir danışıqlar aparılmır.

Emiliano Martinez Argentina millisinin heyətində DÇ-2022-də çıxış edib və dünya çempionu olub. O, turnirin ən yaxşı qapıçısı seçilib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button