“Neymarın transferini müzakirə etsək…” – “Barselona” rəsmisi

İspaniyanın “Barselona” klubunun vitse-prezidenti Jordi Kardoner PSJ-nin hücumçusu Neymarla bağlı açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, klub rəsmisi, adı Kataloniya təmsilçisi ilə yanaşı çəkilən braziliyalı futbolçunun mümkün transferi ilə bağlı bunları deyib:

“Prezidentin də bildirdiyi kimi, bu gün Neymarın transfer məsələsi müzakirə olunmur. Bu, mürəkkəb məsələdir. Hazırda biz sadəcə müşahidəçilərik. Onun Parisdə xoşbəxt olmadığını bilirik, amma bu vəziyyətin orda həll edilməsi lazımdır.

Biz klub olaraq Neymar haqqında danışmamışıq. PSJ və “Barselona” bir-birinə qarşı hörmətlidirlər. Neymarın transferini müzakirə etsək, bu haqda danışacağıq. Bu gün belə məsələ mövcud deyil”.

Braziliyalı futbolçunun Paris klubunda xoşbəxt olmadığı və “Barselona”ya transfer olunmaq istədiyi bildirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button