Dünyanın ən yaxşı qapıçısı odur – Xaviyə görə

“Barselona”nın baş məşqçisi Xavi qapıçı Mark-Andre ter Ştegen haqda fikirlərini bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, almaniyalı futbolçunu dünyanın ən yaxşı üç qapıçısından biri hesab etdiyini deyib:

“Ter Ştegen dünyanın ən yaxşı üç qapıçısından biridir. Komandaya verdiyi töhfəyə görə, hətta onu dünyanın ən yaxşı qolkiperi hesab edirəm”.

“Barselona” İspaniya La Liqasının 30-cu turunun “Atletiko” ilə matçında (1:0) qapısından qol buraxmayıb və Avropanın ən yaxşı yeddi çempionatının 30 turundan sonra 10-dan az top buraxan komanda kimi tarixə düşüb. Ter Ştegen İspaniya çempionatının 23 oyununda qapısında qol görməyib.

Kataloniya təmsilçisi İspaniya La Liqasının turnir cədvəlində 76 xalla birinci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button