“Onları diqqətli olmağa çağırıram” – Sənan Qurbanov

“Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan Premyer Liqasının 20-ci turu çərçivəsində “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, gənc mütəxəssis 2:1 hesabıyla qalib gəldikləri oyundan sonra təşkil olunan mətbuat konfransında öncə bunları söyləyib:

– Ağır oyun idi. “Səbail” son oyunlarda formada idi. Ciddi hazırlaşmışdıq. Qələbəyə köklənmişdik. Qalib gəlmək bizə çox vacib idi. Hakimlərin qərarına təəssüflənirəm. Gənc bir futbolçu Bəhlul Mustafazadəyə bu cür adi epizodda qırmızı vərəqə göstərmək olmazdı. Adi oyun mübarizəsində sarı vərəqə göstərib meydandan qovdular. Bizim də səbr kasamız var. Hakimləri diqqətli olmağa çağırıram.

– Axı, sanki dirsəklə vurmuşdu…
– Mənə görə adi epizod idi.

– Bu oyundan öncə azarkeşlər uğursuzluq olacağı təqdirdə istefanızı tələb edəcəklərini bildirmişdilər…
– “Qəbələ” üçün nə xeyirlidirsə, o da olacaq. Rəhbərlik belə qərar verərsə, hörmətlə yanaşaram.

– “Qəbələ” yalnız ikinci hissədə futbol oynadı. İlk yarıda niyə normal futbol görmədik?
– Qələbə üçün alışıb-yanırdıq. Bəlkə də səbəb bu idi. İlk yarıda da qol epizodlarımız oldu. Ancaq uşaqlardan razı qaldım. (Sport24)

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button