“A Seriyası vacib çempionatdır” – Ranqnik

Avstriya yığmasının baş məşqçisi Ralf Ranqnik İtaliya A Seriyası haqda danışıb.

Komanda.az “pianetamilan.it”-ə istinadən xəbər verir ki, o, İtaliya A Seriyasının son qalibi “Milan”ın çıxışını şərh edib. Almaniyalı baş məşqçi “Napoli” barədə də fikir bildirib:

“A Seriyası vacib çempionatdır. “Napoli” indiyədək məğlubedilməzdir. “Milan” isə keçən il çempionluq yaşayıb, daha sonra UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlib. Ümumilikdə, komanda yaxşı çıxış edir”.

“Milan” hazırda İtaliya A Seriyasının turnir cədvəlində ikinci yerdədir. “Qırmızı-qaralar” UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində “Tottenhem”lə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button