Onlar artıq “Qəbələ” adına layiq oyun göstərirlər – Qurbanov

“Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov Premyer Liqanın 16-cı turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri matçdan sonra bunları söyləyib:

– Ev oyunundan sonra səfərdə də qalib gəldik. Futbolçularıma təşəkkür düşür. Bir an olsun, diqqətlərini itirmədilər. Sürətli rəqibə qarşı oynayırdıq. “Sabah”ı analiz etmişdik. Futbolçularım tapşırıqlarını düzgün yerinə yetirdi. Əsas odu qələbə qazandıq.

– Komandada oyun intizamsızlığı hiss olunur…
– Məşqlərdə etdiklərimizə, videoanalizdə də baxırıq, təhlil edirik. Daha çox qələbə qazanmaq hissi hay-küyə səbəb olur.

– Bu gün çox aqressiv idiz. Səbəbi var idimi?
– Konsentrasiya baxımından ilk dəqiqələrdən narahat idim. Anna futbolçularım diqqətlərini itirmədilər. Artıq oyunçular “Qəbələ” adına layiq şəkildə oynayırlar.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button