Ondan qurtulmaq istəyirlər – Maaşı yüksəkdir

“Yuventus” klubu yarımmüdafiəçi Aaron Remzi ilə müqaviləsinin bitməsinə bir il qalmış əməkdaşlığa son qoymaq imkanını nəzərdən keçirir.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 2021/2022 mövsümünün ikinci yarısını “Reyncers”də icarədə keçirən 31 yaşlı futbolçu “Yuventus”da hər mövsüm üçün 7 milyon avro qazanır.

Turin klubu Remziyə alıcı tapmağın çətin olacağına inanır, ona görə də, maaş fondunu azaltmaq üçün onunla müqaviləyə xitam vermək istəyir. Remzi “Yuventus”da ən yüksək maaş alan futbolçulardan biridir.

Bizi Telegramda izləyin