Obamadan Pele haqda paylaşım – FOTO

Amerika Birləşmiş Ştatlarının keçmiş prezidenti Barak Obama əfsanəvi braziliyalı futbolçu Pelenin ölümü ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.

Komanda.az xəbər verir ki, o, Peleni dünyanın ən tanınmış idmançılarından biri kimi xatırladıb:

“Pele baxımlı futbol oynayan ən böyük oyunçulardan biri idi. Dünyanın ən tanınmış idmançılarından biri kimi o, idmanın insanları bir araya gətirmək gücünü dərk edirdi. Bütün düşüncələrimiz hazırda onun ailəsinə və onu sevən, azarkeşlik edən şəxslərə yönəlib”.

Pele ötən gün vəfat edib.

1940-cı il təvəllüdlü Pele futbol üzrə yeganə üçqat (1958, 1962, 1970-ci illər) dünya çempionudur. O, Braziliya yığmasının heyətində 92 matç keçirib və 77 qol vurub. Əfsanəvi idmançı Beynəlxalq Futbol Federasiyasının versiyasına görə 20-ci əsrin ən yaxşı futbolçusu elan edilib.

Mərhum hücumçu Braziliyanın “Santos” (1956-1974-cü illər) və Amerikanın “Nyu-York Kosmos” (1975-1977) komandalarının heyətində çıxış edib. Pele karyerası ərzində vurduğu 1279 qolla “Ginnessin rekordlar kitabı”na düşüb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button