“Mənim üçün o, tarixin ən yaxşısıdır” – Veratti

PSJ-nin yarımmüdafiəçisi Marko Verratti Çempionlar Liqasında “Benfika” ilə oyundan (1:1) sonra argentinalı hücumçu Lionel Messinin çıxışını dəyərləndirib.

Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, Messinin etdiklərini inanılmaz hesab edir:

“Messinin etdiyi şey inanılmazdır. Buna alışmaq mümkün deyil. Sizi ona aşiq edən onun etdiyi sadə şeylərdir. Futbolu sevən bir insan kimi mənim üçün o, tarixin ən yaxşısıdır”.

Messi “Benfika” ilə oyunda PSJ-nin yeganə qolunu vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button