O, nə “Arsenal”a lazımdır, nə də “Real”a

İcarə əsasında “Arsenal”da çıxış edən Dani Sebalyosun komandadakı gələcəyi müəyyənləşib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “topçular” müqavilə ilə “Real”a məxsus olan 23 yaşlı futbolçunu birdəfəlik almağı planlaşdırmır.

“Real”ın xidmətində maraqlı olmadığı Sebalyosa yeni klub tapmağa, yaxud icarəyə göndərməyə çalışacağı bildirilir.

“Arsenal”la icarə müqaviləsi iyunda başa çatacaq Sebalyosun “Real”la sözləşməsi 2023-cü ilin yayında bitəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button