“O, qalmağım üçün çox şey etdi, amma…” – Herrera

Bir müddət əvvəl “Mançester Yunayted”dən ayrılaraq PSJ-yə keçən Ander Herrera açıqlama verib.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi, “qırmızı şeytanlar”a təşəkkür edib:

“Mən keçmişə çox baxmıram. “Mançester Yunayted”də çox xoşbəxt idim. Bunun üçün də kluba, azarkeşlərə və baş məşqçi Ole-Qunnar Sulşerə təşəkkür edirəm. O, qalmağım üçün çox şey etdi, amma bunların bir əhəmiyyəti olmadı. O, komandaya gec gəldi və o zaman artıq mən qərarımı vermişdim”.

İspan futbolçu, yeni komanda yoldaşı Kilian Mbappenin Kriştiano Ronaldo və Lionel Messi səviyyəsində ola biləcəyi ilə bağlı da danışıb:

“Ronaldoda və Messidə mənim heyran olduğum əsas xüsusiyyət etibarlılıq və davamlılıqdır. Bu, çox çətindir və onlar hər zaman həlledici rol oynayırlar. Mbappe də bunu bacarmaq üçün hər şeyə sahibdir, amma onun müntəzəmliliyini qoruyub saxlaya bilməsini zaman göstərəcək”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button