Ançelottiyə karyerasını “Real”da bitirəcəyini deyib

“Real”ın baş məşqçisi Karlo Ançelotti yarımmüdafiəçi Toni Kroos haqda danışıb.

Komanda.az “goal.com”-a istinadən xəbər verir ki, o, almaniyalı futbolçunun gələcəyi ilə bağlı fikirlərini bildirib:

“Yaxın bir ay ərzində hər şeyə aydınlıq gələcək. Onun karyerasını bitirmək niyyətində olduğunu düşünmək çətindir. O, karyerasını “Real”da bitirəcəyini söyləyib. Düşünürəm ki, Kroos klubla müqaviləni uzadacaq”.

32 yaşlı yarımmüdafiəçinin “kral klubu” ilə müqaviləsi 2022/2023 mövsümünün sonunda başa çatır.

Kroos 2014-cü ildə “Bayern”dən “Real”a keçib. O, bu mövsüm La Liqada 12 oyuna çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button