“O, hər kəs üçün motivasiya mənbəyidir” – Levandovski

“Bavariya”nın futbolçusu Robert Levandovski “Liverpul”un baş məşqçisi Yurgen Kloppla bağlı açıqlama verib.

Komanda.az xəbər verir ki, ESPN-ə danışan hücumçu, “Borussiya”da (Dortmund) birlikdə çalışdığı Kloppla bağlı xoş fikirlər səsləndirib:

“Klopp mənim favoritimdir. Onun iki üzü var, bir tərəfdən futbolçulara ata kimidir, digər tərəfdən bir məşqçi, mütəxəssis olduğunu görə bilərsiz. O, sənə hər şeyi deyə bilər, təkcə yaxşı şeylər deyil, pis nüansları da nəzərdə tuturam. Klopp futbolçulara mükəmməl şəkildə motivasiya verir. O, hər kəs üçün motivasiya mənbəyidir. Kloppun məşqçi olaraq göstərdiyi performans inanılmazdır”.

Levandovski 2010-2014-cü illərdə “Borussiya”da Kloppun rəhbərliyi altında çıxış edib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button