“Onun müqavilə ilə bağlı hansısa məsələsi varsa, bunu klub həll etməlidir” – İnyesta

“Barselona”nın və İspaniya millisinin sabiq üzvü Andres İnyesta İvan Rakitiçlə bağlı açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, hazırda Yaponiyanın “Vissel Kobe” klubunda forma geyinən İnyesta, Rakitiçin “Barselona”da qalmasını istədiyini deyib:

“Rakitiçin transferinin mümkün olub-olmadığını bilmirəm, amma onun xoşbəxt olduğunu və “Barselona”da qalmaq istədiyini bilirəm. Ümid edirəm ki, o, klubda qalaraq, əvvəlki oyununu göstərə biləcək. Hər zaman demişəm ki, o, bir futbolçu kimi ən yaxşılardandır. Onun müqavilə ilə bağlı hansısa məsələsi varsa, bunu klub həll etməlidir”.

“Mançester Yunayted”in transfer hədəfində olan Rakitiç, bir neçə gün əvvəl verdiyi açıqlamada Kataloniya klubunda qalmaq istədiyini bildirmişdi.

2014-cü ildən “Barselona”nın şərəfini qoruyan xorvat futbolçunun klubla müqaviləsi 2021-ci ildə başa çatır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button